Accessibility links

Liviyaya 42 il liderlik edən Qəzzafi hakimiyyətdə qalacaqmı?


Liviyaya 42 il liderlik edən Qəzzafi hakimiyyətdə qalacaqmı?

Liviyaya 42 il liderlik edən Qəzzafi hakimiyyətdə qalacaqmı?

Liviya prezidenti Müəmmər Qəzzafi Şimali Afrika ölkəsinə 1969-cu ildən rəhbərlik edir. Gənc hərbi zabit Müəmmər Qəzzafi kral rejimini devirərək Liviya Ərəb Respublikası yaratdı. 1970-ci illərdə Liviya, Misir və Suriyanı birləşdirərək, Ərəb Respublikaları Federasiyası yaratmağa çalışan Qəzzafi 42 il hakimiyyət başında olaraq, Qərbi narahat edirdi.

Sabiq ABŞ prezidenti Bil Klintonun Şimali Afrika ölkələri üzrə məsləhətçisi İan Lesser deyir ki, biz illərdir Liviyanın tez-tez diqqətini Ərəb-İsrail münaqişəsindən Afrika bölgəsində baş verənlərə və yenidən geriyə yönəltməsinin şahidi olmuşuq. O, burada sualın Liviyanın Afrika ölkəsi, yaxud Yaxın Şərq ölkəsi olmasında olduğunu deyir.

Birləşmiş Ştatalrla Liviya arasında gərginlik 1980-ci illədrən başlayıb. Birləşmiş Ştatlar Liviyanı Berlində amerikalı hərbçilərin tez-tez getdiyi diskotekada terror hücumu həyata keçirməkdə ittiham etmişdi və bu ölkələr bir-biri ilə Sidra körfəzinə nəzarət uğrunda mübahisə edirdilər.

Prezident Ronald Reyqan cənab Qəzzafi haqda belə deyərdi. “O, Yaxın Şərqin quduz itidir.”

Berlindəki bomba hücumuna cavab olaraq, ABŞ Qəzzafinin iqamətgahını bombaladı. Qəzzafi sağ qurtuldu. Lakin onun övladlığa götürdüyü qız öldü.

1980-ci illərdə Şotlandiyada Lokerbi səması üzərində uçarkən içərisində çoxu amerikalı olmaqla 270 sərnişin Pan Am 103 reysli təyyarənin partlaması nəticəsində həlak oldu. İllərdən sonra təyyarədə baş verən bomba hücumunun məsuliyyətini Liviya öz üzərinə götürdü və zərər çəkənlərə təzminat ödəməyə razılıq verdi. Hadisə ilə bağlı Liviya vətəndaşı həbs edilərək 27 il həbs cəzasına məhkum edildi. Lakin humanizm əlaməti olaraq azad edildikdən sonra cənab Qəzzafi həmin şəxsi milli qəhrəman kimi qarşıladı.

Misirdə son zamanlar baş verən etirazlar Liviya liderinin də hakimiyyətdə qalacağını sual altına alır və o, hökumətin dəstəyini itirir. Bütün bunlara baxmayaraq Müəmmar Qəzzafi hələ də hakimiyyətdədir və bəzi təhlilçilər onun reallıqdan uzaq olduğunu deyirlər.

XS
SM
MD
LG