Accessibility links

Cəbhə xəttində atəşkəs rejimi pozulub


Azərbaycan Ermənistan sərhədinin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub.

Bu haqda məlumatı APA xəbər agentliyi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verib. Nazirliyin məlumatında deyilir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Məlumatda Azərbaycan tərəfinin cavab atəşi nəticəsində atışmanın dayandığı deyilir.

Yaralı və ölənlər barədə məlumat verilmir.
XS
SM
MD
LG