Accessibility links

Qəza nəticəsində dörd nəfərin öldüyü bildirilir

Cənubi Koreyada bərənin batması dörd adamın ölümülə nəticələnib, 300 nəfər isə itkin düşüb.

Bərədə əksəriyyəti məktəblilər olmaqla, 462 sərnişinin olduğu deyilir. Jeju adası yaxınlığında sulara qərq olan bərənin sərnişinləri adada təşkil ediləcək məktəb gəzintisinə gedirdi.

ABŞ hərbi gəmisi də daxil edilməklə, onlarla vertolyot və gəmi axtarış əməliyyatına cəlb edilib. Xilas olanlar yaxınlıqdakı Jindo adasına aparılıb.

Televiziya ilə nümayiş etdirilən görüntülərdə bərənin perpendikulyar vəziyyətdə batdığını göstərilib.

146 mertlik bərə dünən İnçeon limanından yola düşüb. Qəzanın səbəbləri aydın deyil. Xilas olanların bəzisi qəzadan öncə gurultu səsləri eşidildiyini deyib.
XS
SM
MD
LG