Accessibility links

Cənubi Koreya ərazisində qəzaya uğramış üç pilotsuz təyyarənin Şimali Koreyaya aid olduğu təsdiqlənib.

Müdafiə naziri sözüçüsü Kim Min-seok bildirib ki, ABŞ və Cənubi Koreya rəsmiləri dronların GPS məlumatlarını araşdırdıqdan sonra onların mənbəyini müəyyən edib.

Cənab Kim dronların göndərilməsini hərbi təxribat adlandırıb, bunun atəşkəs və qeyri-təcavüz razılaşmasını pozduğunu deyib.

Dronlar qəzaya uğradıqdan sonra Cənub-Şimal sərhədinə yaxın üç fərqli ərazidə mart ayının sonları, aprel ayının əvvəlində aşkar olunub.

Dronların birində Cənubi Koreya prezident sarayının şəkilləridə daxil olmaqla hökumət ərazilərinin şəkilləri qeydə alınıb.

Pxenyan rəsmiləri dronların göndərilməsini qəbul etmir. Onlar Seul rəsmilərinin bu məlumatları uyduraraq onlar haqda pis məlumat yaydığını deyir.

Dronlar texniki olaraq qabaqcıl və silah daşıma xüsusiliyi yoxdur. Ancaq onların mövcud olması Cənubi Koreya hava müdafiəsi haqda suallar meydana çıxardıb.

Şimali Koreya dövlət televiziyası dronları "ölkənin fəxri" adlandıraraq hərbi paradda nümayiş etdirib.
XS
SM
MD
LG