Accessibility links

ABŞ karikaturaçıları prezidentliyə namizədləri lağa qoyur [Video]


ABŞ karikaturaçıları prezidentliyə namizədləri lağa qoyur
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Bəzən qələm qılıncdan da kəsərli olur



ABŞ karikaturaçıları prezidentliyə namizədləri lağa qoyur
please wait

No media source currently available

0:00 0:03:08 0:00
İndi Birləşmiş Ştatlarda karikaturaçlları prezidentliyə namizədləri lağa qoyması üçün yaxşı vaxtdır. Lakin onların çoxu peşələrinin gələcəyi üçün narahalıq keçirir.

Mətt Vuiker əvvəlcə plan cızır sonra isə işi həyata keçirir. O, Politico.com-da karikaturaçı işləyir. Mətt prezidentliyə Respublikaçı namizəd Mir Romninin vəsf edən karikaturalar çəkir. “Mən onu xalqa tort yedizdirən Mari Antuanett kimi göstərdim” - deyə, o bildirir.

Belə bir fikirə o, Mitt Romninin “amerikalıların 47 faizinin hökumətin yardımından asılıdır və onların səsini əldə etmək mümkün olmayacaq” deməsinin gizli kamera ilə çəkilməsindən sonra gəlib. “Mən köhnə dəbli insanam. Müasir karikaturaçılar çoxlu sözdən istifadə edir. Mən isə köhnə dəbli – qrafik zarafatları sevirəm.”

Birləşmiş Ştatlar prezidenti Barak Obama da satira üzüçn münbit zəmin yaradıb. Lakin Vuerker deyir ki, ən y axşı hədəf onun səs vermədiyi siyasətçi olur. “Səkkiz il, Corc Buş və Dik Çeyninin hakimiyyəti zamanı ölkədə və dünyada vəziyyət ağır olsa da, karikaturaçılar üçün əla bir dövr idi.”

Siyasi karikaturaçıların bu yaxınlarda keçirdiyi konfransda Vuerker zarafatla beyinin karikaturanı necə qavramasından danışıb. “Bu gözün almasından keçərək, optik sinirə çatır. Bundan sonra isə karikaturula deyilə nöqtəyə vurur ki, ondan sonra adamlar dünya boyu səfirlikləri yandırmağa başlayırlar."

Bəzən qələm qılıncdan da kəsərli olur. Lakin qəzet sənayesindəki ixtisarlar qələmlə işləyənlərin işini çətinləşdirir və dolanışıq problemə çevrilir.

Cimmi Marqules Nyu-Cersinin The Record qəzetində karikaturaçı işləyir. “Bizim əldə etdiyimiz qeyri-rəsmi məlumata görə son ölkə boyu yüzə qədər karikaturaçı fəaliyyət göstərirdi. Hal-hazırda isə bu rəqəm 60-a düşüb.”

Cimmi deyir ki, karikaturalar əksər hallarda redaktor məqalələrindən daha kəskin olur.

Yeni başlayan karikaturaçılar Chik-Bok-dan bəzi məsləhətlər alırlar. O, əvvəllər Akron Beacon jurnalında işləyib. Sonradan isə o, özünün Blokbluster veb səhifəsini yaradıb.
“Köhnə ideyalı karikaturaçılar üçün ağır zamanlar gəlib. Lakin başqa şeylər, qəzetlərdə cizgilər, ümumiyyətlə karikaturalar əvvəlkilərdən daha populyar olub. Bunları əsasən internetdə görmək olur. Lakin problem orasındadır ki, bunlar üçün pul necə veriləcək.”

Gələcəkdə bütün bunlar yeni texnologiya vasitəsi ilə həyata keçiriləcək. Lakin hal-hazırda köhnə qayda ilə, qələm və kağızla işləmək bu karikatura ustalarına bəs edir
XS
SM
MD
LG