Accessibility links

Cabbar Səttaroğlu: Hədəfimiz, amacımız İran Azərbaycanına yardım etməkdir [Audio]


İsveçin Malmo şəhərində qərargahlanan Cabbar Səttaroğlu bu şəhərdə yaşayan həmvətənləri ilə birlikdə maliyyə fondu təsis edib və hazırda bu fond zəlzələ qurbanlarına yardım çatdırır. İran Azərbaycanına Pəncərə proqramının qonağı, əslən Qaradağ-Əhər regionundan olan Cabbar Səttaroğlu Amerikanın Səsinə müsahibədə fondun fəaliyyəti haqda danışıb.

Səttaroğlu deyir ki, boyük insan itkisi ilə yanaşı zəlzələ maddi itkilərə bais olub. Təbriz və Əhər civarlarında on minlərlə ev dağılıb və hazırda çox sayda adam müvəqqəti çadırlarda qalır. Səttaroğlu hesab edir ki, evlərin bərpası milyonlarla dollar pul tələb edir, lakin rəsmi Tehran lazım olan maliyyə vəsaitləri ayırmağa meylli görünmür.

Malmo Fondu ideyasının hələ zəlzələdən öncə təşəkkül tapdığını deyən Cabbar Səttaroğlu İranda təqib olunan Azərbaycan türklərinin hüquqlarını qorumaq, ailələrinə yardım etmək üçün vətən təəssübü çəkən adamlar bir araya gəliblər. Onun sözlərinə görə xaricdə yaşayan İran azərbaycanlılarının təşkilatlanması özünü-idarəetmə hüququndan məhrum olan toplumun mənafeyini müdafiə etməkdə mühüm əhəmiyyət kəsb edir.

XS
SM
MD
LG