Accessibility links

Gənc fəal onu müdafiə edən hüquq müdafiə təşkilatlarına minnətdarlıq edib.

Dekabrın 26-da AXCP Gənclər Təşkilatının üzvü, gənc bloger Cabbar Savalanlı prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib. O Amerikanın Səsi radiosuna müsahibəsində əfv üçün müraciət etmədiyini və siyasi fəaliyyətinin AXCP sıralarında davam etdirəcəyini bildirib. Cabbar Savalan onu müdafiə edən hüquq müdafiəçilərinə, beynəlxalq təşkilatlara, mediaya minnətdarlıq edib. “11 aylıq həbsdə qaldığım dövrdə Kanada, Amerika daxil olmaqla Yaponiyaya qədər ölkələrdən mənə 800 çox dəstək məktubu gəlib”, - deyə o qeyd edib.

Cabbar Savalanlı 2011-ci il fevralın 5-də saxlanılıb. Məhkəmə onu 0,17 qram tiryək saxlamaqda ittiham edib. Yerli və beynəlxalq hüquq müdafiəçiləri cənab Savalanlıya qarşı cinayət işinin onun sosial şəbəkələrdə siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. Amnesty İnternational Cabbar Savalanlını vicdan məhbusu elan edib.

XS
SM
MD
LG