Accessibility links

Gənc fəal Cabbar Savalanlı 20 sutkalıq həbs olunub


Amerika səfirliyi gənc fəalın həbsinə münasibət bildirib

Amerika səfirliyi gənc fəalın həbsinə münasibət bildirib

Cabbar Savalanlı 2011-ci ildə 2 il yarım azadlıqdan məhrum edilib, həmin ilin dekabrında əfv olunub

Keçmiş vicdan məhbusu , Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər təşkilatının üzvü Cabbar Savalanlı Sumqayıt şəhər məhkəməsinin qərarı ilə inzibati qaydada 20 sutka həbs olunub.

AXCP-dən Amerikanın Səsinə bildiriblər ki, Cabbar Savalanlıya gülməli bir ittiham verilib. Savalanlı guya küçədə telefonla danışarkən təhqiramiz ifadələr səsləndirib, ona irad tutan polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən də saxlanılaraq polis idarəsinə aparılıb.

Cabbar Savalanlı yaşadığı binanın həyətində tutulub.

Qeyd edək ki, Savalanlı 2012-ci ilin mayında qanunsuz narkotik saxlama ittihamı ilə 2 il yarım azadlıqdan məhrum edilib, elə həmin ilin dekabrında da əfv olunub.
XS
SM
MD
LG