Accessibility links

Cabbar Savalanlının məhkəməsi üzrə hazırlıq iclası olub


Cabbar Savalanlının məhkəməsi üzrə hazırlıq iclası olub

Cabbar Savalanlının məhkəməsi üzrə hazırlıq iclası olub

AXCP üzvü və Facebook fəalı olan Cabbar Savalan qanunsuz narkotik saxlama ittihamı ilə həbs edilib.

Sumqayıt şəhər məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin qanunsuz narkotik maddə saxlama maddəsi ilə ittiham olunan AXCP gənclər təşkilatının üzvü Cabbar Savalanlının işi üzrə hazırlıq iclası keçirilib.

Turan agentliyinin məlumatıma görə, vəkil gənc fəalın həbsinin ev dustaqlığı ilə əvəzlənməsi, aprelin 5-dən indiyədək məhkəmə qərarı olmadan həbsdə qalmasının qanunsuz olduğu, o cümlədən narkoloji ekspertizanın verdiyi mənfi rəyin sübutlar siyahısından çıxarılması barədə vəsatətlər qaldırıb. Hakim heç bir vəsatəti təmin etməyib.

Məhkəmə baxışı aprelin 29-na təyin edilib.
Cabbar Savalanlı fevralın 5-də Sumqayıtda qanunsuz narkotik saxlama ittihamı ilə həbs edilib. Günahı sübuta yetirilərsə, o, 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər. Demokratik ictimaiyyət nümayəndələrinin fikrincə, hakimiyyət gənc fəalı yanvarın 20-də müxalifətçilərin Şəhidlər Xiyabanına yürüşündə iştirakına görə cəzalandırıb. Cabbar Savalan Facebook sosial şəbəkəsində aktiv olub və iqtidarın fəaliyyətini kəskin edən materiallarla çıxış edib. O, müxalifətdə olan Xalq Cəbhəsi partiyasının üzvüdür və siyasi fəaldır.

XS
SM
MD
LG