Accessibility links

Cahangir Hacıyevin cinayət işi məhkəməyə göndərilib


Cahangir Hacıyev
Cahangir Hacıyev

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1-ci, 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1-ci və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə istintaq orqanı mediaya məlumat verib.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-yə külli miqdarda ziyan vurulması faktı üzrə cinayət təqibini həyata keçirən istintaq qrupunun bildirdiyinə görə, təqsirləndirilən şəxslər, onların müdafiəçiləri işin materialları ilə tanış ediliblər.

İş üzrə ittiham aktı Azərbaycan Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG