Accessibility links

Misirin müvəqqəti prezidentinin sakitliyə və zorakılığa son qoyulmasına çağırmasına baxmayaraq, bu gün də ölkədə qanlı qarşıdurmalar davam edib. Ölkənin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, Qahirə universitetinin qarşısında oturaq aksiya keçirən devrilmiş prezident Məhəmməd Mursi tərəfdarları ilə toqquşmalar zamanı azı 9 nəfər ölüb, 33 nəfər yaralanıb.

Toqquşmalar zamanı Qahirə universitetinin yaxınlığında 15-ə qədər avtomobil yandırılıb.

Qarşıdurmalar Misirin müvəqqəti prezidentinin xalqı zorakılıqlara yol verməmək barədə xəbərdarlığından bir neçə sonra başlayıb. Prezident Ədli Mənsur keçən gecə dövlət televiziyası ilə çıxışı zamanı barışığın ölkənin gələcəyi üçün vacib olduğunu deyib.
XS
SM
MD
LG