Accessibility links

Hökumətin artıq günlərdir Qahirədəki çadır şəhərciklərinə hücüm ediləcəyi barədə xəbərdarlığına baxmayaraq, Misirin devrilmiş prezidenti Məhəmməd Mursi tərəfdarları etirazlarını davam etdirir. Polis devrilmiş prezident Məhəmməd mursinin tərəfdarları və onun əleyhinə olanlar arasında qarşıdurmaları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Mursi tərəfdarları sabiq prezidentin vəzifəsinə qaytarılmasını tələb edən şüarlar səsləndirib. Mursinin Müsəlman Qardaşları partiyasının sözçüsü etiraz aksiyalarını davam etdirməyin insanların öz seçimləri olduğunu deyib.

Hökumət isə İslamçı Mursi tərəfdarlarını ehtirasları qızışdırmaqda və təhlükəsizlik qüvvələrinə hücumda ittiham edir.

Məhəmməd Mursinin devrilməsindən bəri ölkədə baş qaldıran siyasi zorakılıqlar 250 nəfərdən çox insanın həyatına son qoyub.

Qərb və ərəb dövlətləri ölkədə yenidən qan tökülməməsi üçün Misir hökumətini gücdən istifadə etməməyə çağırır.
XS
SM
MD
LG