Accessibility links

Çak Şumer Senatın azlıq lideri seçilib


ABŞ Senatındakı liderlik vəzifələri yanvar ayının əvvəlində başlayacaq yeni sessiyaya qədər doldurulur və bu, ötən həftə keçirilən seçkidə müəyyən olan güc nisbətini əks etdirir.

Çərşənbə günü Nyu-yorklu demokrat senator Çak Şumer yekdilliklə Senatın azlıq lideri seçilərək, təqaüdə çıxan Nevada senator Harri Ridi əvəz edir. Şumer partiyanın növbəti respublikaçı prezidenti Donald Trampla işləməyə hazır olduğunu deyib.

“Əgər biz hər hansı məsələlər üzərində razılaşsaq, o zaman Trampla əməkdaşlıq edəcəyik. Amma bəzilərinin dediyini kimi, hansısa bir ideya sırf Trampa məxsus olduğu üçün ona qarşı çıxmayacağıq. Əməkdaşlıq edə biləcəyimiz məsələlərdə bunu edəcəyik. Lakin mən növbəti prezidentə də demişəm ki, bizim fikir ayrılığı yaşadığımız məsələlər üzərində də mübarizə aparacağıq,” deyə Şumer bildirib.

Partiyanın mütərəqqi qoluna jest olaraq Şumer Berni Sanders və Elizabet Uorreni yenicə genişləndirilmiş rəhbərlik komandasına daxil edib.

Respublikaçılar tərəfində isə kentakili Miç Makkonnel öz vəzifəsini icra etməyə davam edəcək.

Önümüzdəki il Respublikaçılar Ağ Ev, Nümayəndələr Palatası və Senata nəzarət edəcək. Amma mümkün əngəl bloku Senatda yaranacaq, çünki orada respublikaçılar 53-48 nisbəti ilə çoxluq təşkil edəcək.

Şumer prosessual ləngimələrin qarşısını almaq üçün bəzi məsələlər üzərində Respublikaçıların lazım olan 60 səsə çatmasının qarşısını ala bilər.

Konqresdəki liderlik vəzifələri yanvarın 20-də Trampın Birləşmiş Ştatların 45-ci prezidenti kimi inaqurasiyasından əvvəl qüvvəyə minəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG