Accessibility links

Kaliforniyada yanğın mövsümü başlayıb [Video]


Kaliforniya dördüncü ildir qərb bölgəsindəki quraqlığa görə yanğın mövsümünə hazırlaşır. Bu bölgədə Leyk Fayr kimi böyük yanğınlar olub. İndi isə Los-Ancelesin şərqindəki dağlarda və Şimali Kaliforniyada 600 hektardan çox sahədə yanğın baş verib.

Yanğın mövsümü adətən iyun ayında başlayır. Lakin Kaliforniyanın cənub bölgəsinin rəsmiləri bu il yanğın mövsümünün daha tez başladığını və getdikcə gücləndiyini deyirlər. Los-Anceles Yanğınsöndürmə İdarəsinin başçısı Deril Osbi: “Quraqlıq dördüncü ildir davam edir və biz bölgəmizdə bitkilərin məhv olmasından narahatıq.”

Birləşmiş Ştatların Meşə Təsərrüfatı Nazirliyinin nümayəndəsi Robert Qarsia deyir ki, bu yaxınlarda yağan yağışlar otların bitməsinə yardım etdi, lakin otların quruması yanğın təhlükəsini artırır. “Otlar və şam ağacının iynələri çox tez yanır.”

Kaliforniya ştatının Fövqəladə Xidmətlər İdarəsinin direktoru Mark Gilarduççi də quraqlığın yanğınlara səbəb olduğunu deyir. “Bu şəraitdə yanğın çox tez baş verir, tez yayılır və nəzarətdən çox tez çıxır.”

Yanğınsöndürənlər hazırdırlar və yanğının qarşısını bir neçə dəqiqə ərzində ala biləcəklərini deyirlər. Lakin meşələrin yaxınlığında çox sayda ev var. Ventura mahalı yanğınsöndürmə idarəsinin rəisi Mark Lorenzin deyir ki, ev sahibləri diqqətli olmalı, evlərin ətrafını kol-kosu təmizləməlidirlər. “Biz təlimlər keçmişik, biz tam hazırıq. Biz yanğının yüksək olduğu günlər işçilərimizin sayını da artıracağıq. Lakin sakinlərdən də çox şey asllıdır. Onlar bizimlə birlikdə çalışırlar.”

Yerli rəsmilər deyirlər ki, yanğın baş verəcək, lakin əsas məsələ zərərin az olması üçün yanğınsöndürənlərlə icma üzvləri birlikdə işləməsidir.

XS
SM
MD
LG