Accessibility links

Kaliforniya meşələrində yanğınla mübarizə [Video]


Kaliforniyanın şimal və mərkəz bölgələrindəki yanğınlar 100-dən çox tikilini məhv edib və mindən çox insanın evakuasiyasına səbəb olub.

Rəsmilərin dediyinə görə, yanğın San-Fransiskonun Lake County bölgəsindən başlayib və 4 ildir davam edən quraqlıq səbəbindən yanğın kənd ərazilərinə yayılıb. Böyük yanğınlar Kaliforniya və qərb ərazilərinin 6 bölgəsinın hələ də davam edir.

Rəsmilər Los-Ancelesdə, yaşayış evləri olan meşə ərazilərindəki yanğınlarla suyu yerə enmədən dolduran super-skuperlər və müasir təyyarələrdən istifadə edilməklə mübazirə aparıldığını deyirlər. “Onlar yanğınla mübarizə aparmaq üçün suyu yerə enmədən çaylardan və göllərdən doldura bilir” deyə, Yanğınsöndürmə Departamentindən Riçard Likon bildirir.

Bu böyük vertolyotlara 10 min litr su yerləşir. Lakin onlar yanğın zonasında manevr etməyi bacarmalıdırlar. Pilot Natali Cons: “Ilk öncə onu deməliyik ki, biz təhlükəli bir şəraitdə çalışırıq. Digər təyyarələrin ətrafda uçuşuna nəzarət etməli, təmas saxlamalıyıq. Təhlükəsizlik də birinci məsələdir. Suyu elə vurmalıyıq ki, aşağıda heç kimə ziyan dəyməsin..”

Los-Ancelesdə isə pilotlar özlərini, yanğınsöndürənləri və təchizatı necə qoruyub saxlayacaqlarını müzakirə edir. Los-Anceles Yanğınsöndürmə Departamentindən Pol Qottviq: “24 saat ərzindəki əməliyyatlar zamanı çox sayda pilotdan hansınasa üstünlük vermək, onları dincəlməyə və yenidən alovla mübarizəyə göndərmək çox çətindir. Bundan əlavə, ən böyük problem dayanmadan havada olan böyük vertolyotların və təyyarələrin texniki vəziyyətidir.”

Birləşmiş Ştatlar rəsmiləri Kaliforniyanın mərkəzində və şimalındakı yanğınların noyabr ayınadək, belə quraqlıq nəticəsində hətta daha uzun müddət davam edəcəyini deyirlər.

XS
SM
MD
LG