Accessibility links

Californiya ştatının rəsmiləri kommunal şirkətə təbii qaz sistemini bütünlüklə yoxlamağı tapşırıblar


San Fransisko ətrafında baş vermiş partlayış və yanğın dörd nəfərin ölümü ilə nəticələnib və 36-dan çox evi dağıdıb

ABŞ-ın Kaliforniya ştatının rəsmiləri keçən həftə qaz borusunda baş verən partlayışın ardınca kommunal şirkətə təbii qaz sistemini bütünlüklə yoxlamağı tapşırıblar. San Fransisko ətrafında baş vermiş partlayış və yanğın dörd nəfərin ölümü ilə nəticələnib və 36-dan çox evi dağıdıb. Pacific Gas and Electric nizamlayıcıların tələbinə əməl edəcəyini bildirərək borunun yoxlanışına artıq başladığını qeyd edib. Şirkət eyni zamanda təhlükəsizlik məqsədi ilə bəzi borularda qazın təyziqini azaltdığını bildirib. Bazar günü yüzlərlə sakinin evlərinə qayıtmalarına icazə verilib. Lakin partlayış ərazisinə yaxın yaşayan sakinlərə evlərində qalmağa icazə verilməyib. Federal təhqiqatçılar partlayışın səbəblərini araşdırmağa davam edirlər. Onların fikrincə, proses bir ildən çox çəkə bilər. Partlayış nəticəsində dörd nəfərin hələ də itkin düşdüyü hesab edilir və azı 50 nəfərin yaralandığı deyilir.

XS
SM
MD
LG