Accessibility links

Kanadada məscidə silahlı hücum olub


Bazar günü axşam Kanadanın Kvebek şəhərindəki məscidə edilən silahlı hücum zamanı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

Kvebek İslam Mərkəzinin başçısının bildirdiyinə görə, hücum insanların axşam namazına toplaşdıqları vaxt həyata keçirilib.

Polis sözçüsü iki nəfər şübhəlinin həbs edildiyini bildirsə də, nə onların kimliyi, nə də hücumun hansı zəmində həyata keçirildiyi barədə məlumat verməyib.

"Bu kiçik dünyada nə heç kəs, nə də heç bir icma tamamilə təhlükəsiz deyil. Buna görə də hökumətlər təhlükəsizliyin təmin edilməsi üçün mümkün qədər enerji sərf etməlidir. Belə hadisələr baş verdiyi üçün biz təcrid oluna bilmərik, əksinə, bu kimi dəhgşətli hadisələrin baş verməməsi və təhlükəsiz cəmiyyətın təmin edilməsi üçün birgə çalışmalıyıq."

Müsəlmanlara qarşı terror hücumunu qınayan bəyanatla çıxış edən baş nazir Castin Trüdo ölkəsinin müxtəliflik və dini tolerantlığa dəyər verdiyini deyib.

2016-cı ilin iyun ayında da həmin məscidın girəcəyinə donuz başı qoyulmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG