Accessibility links

Rusiya Kanadanın Moskvadakı səfirliyinin birinci katibini ölkədən çıxarıb. Rəsmi Moskva bu addımı bundan öncə Kanadanın Ottavada Rusiya diplomatını ölkədən çıxarmasına cavab olaraq atıb.

Rusiya mediası Rusiya paytaxtında Kanadanın diplomatik missiyasında çalışan Marqarita Atanasovanın ölkəni tərk etmək üçün 14 gün vaxt verildiyi haqda məlumat verib.

Məlumatlara əsasən, o, ölkədən Rusiyanın Kanada paytaxtındakı səfirliyinin hərbi attaşesinin deportasiya edilməsinə cavab olaraq çıxarılıb.

Kanadanın xarici işlər naziri Con Berd jurnalistlərə deyib ki, onun ölkəsi Rusiyanın hədələri altında olan Ukraynanın müdafiəsi məsələsində NATO və onun müttəfiqləri ilə bir dayanmaq kimi mənəvi bir məsuliyyət daşıyır. Nazir Kanadanın Ukraynanı sülh, tərəqqi, təhlükəsizlik və azadlıq şəraitində görmək istədiyini deyib.
XS
SM
MD
LG