Accessibility links

Birləşmiş Ərəb Əmirlikləri kanadalılar üçün ağır viza rüsumları tətbiq edib

  • Amerikanın səsi

Birləşmiş Ərəb Əmirlikləri kanadalılar üçün ağır viza rüsumları tətbiq edib

Birləşmiş Ərəb Əmirlikləri kanadalılar üçün ağır viza rüsumları tətbiq edib

Birləşmiş Ərəb Əmirliklərinə səfər edən kanadalılar ölkəyə daxil olmaq üçün min dollara qədər viza rüsumu ödəməli olacaqlar. Birləşmiş Ərəb Əmirliklərinin Ottavadakı səfirliyi bildirir ki, hər dəfə 14 gün qalmaq şərtilə 6 ay müddətinə viza kanadılılar üçün 1000 dollara başa gələcək. Üç ay müddətinə viza üçün rüsum 500 doolar, 30 gün müddərinə üçün 250 dollar həddində olacaq. Bir sıra ölkələrin vətəndaşları kimi kanadalıların da Birləşmiş Ərəb Əmirliklərinə daxil olması üçün əvvəllər viza tələb olunmurdu. Qərar Kanadanın Birləşmiş Ərəb Əmirlikləri hava yollarına məxsus təyyarələrinin enmə hüquqları üçün müddəti uzatmaqdan imtina etməsindən sonra verilib. Birləşmiş Ərəb Əmirlikləri həmçinin Kanadanın Əfqanıstanda qüvvələrin təmin edilməsi üçün Dubaydakı hərbi bazadan istifadə etməsini məhdulaşdırıb. Yeni viza qaydaları yanvarın 2-dən qüvvəyə minəcək.

XS
SM
MD
LG