Accessibility links

Xərçəng xəstəliyinin faktorları [Video]


Alimlər xərçəng xəstəliyini müalicə edəcək dərmanlar axtardığı bir vaxt, səhiyyə rəsmiləri bu xəstəliklə müalicə strategiyasının yollarını araşdırır. Araşdırmaların nəticələri göstərib ki, inkişaf etmiş ölkələrdə xərçəng xəstəliyinin 50 faizini gündəlik vərdişləri dəyişmək və zərərli ekoloji faktorların qarşısını almaq yolu ilə müalicə etmək olar.

Alimlərin on illərdir apardığı müşahidələr göstərib ki, həyat tərzi və fərdi seçimlər xərçəng riskini artırır. O da məlumdur ki, bəzi xərçəng növləri genetik yolla keçir. Con Hopkins Universitetindən doctor Uilliam Nelson deyir ki, epidemioloqlar xərçəng dərəcəsinin insanların bir regiondan başqa regiona köçməsi ilə dəyişə bildiyini aşkar edib. Bu da ətraf mühit faktoru deməkdir. “Çin kəndləri buna yaxşı misaldır. Bu bölgələrdə mədə və qara ciyər xərçənginə nadir hallarda rast gəlmək olur. Burada kişilərdə prostat xərçənginə, qadınlarda isə döş xərçənginə daha çox rast gəlmək olur. Birləşmiş Ştatlara gələn mühacir çinlilərdə isə əksinə, mədə və qara ciyər xərçənginin artdığı müşahidə olunub.”

Epidemioloq Elizabet Platz ətraf mühit faktorunun, yəni havanın çirklənməsinin, həyat tərzinin və şəxsi vərdişlərin xərçəng riskini artırdığını deyir. “Xərçəng riskini artıran əsas amillər siqarert çəkmək, normal qidalanmamaq, hərəkətsizlik və artıq çəkidir. Amerika kimi ölkələrdə xərçəngin əmələ gəlməsinin 50 faiz səbəbi bunlardır.”

Bütün bu amillər mütəxəssislər və siyasətçilərin xərçəng riskini artıran davranışların qarşısının alınması yolunda səylərini artırır. Doktor Platz siqaretə qarşı mübarizənin insan sağlamlığı üçün uğurlu strategiya olduğunu deyir. “Ağ ciyər xərçənginə siqaretin səbəb olduğunu öyrənəndən və buna qarşı mübarizəyə başlanandan sonra son 20-30 ildə ağ ciyər xərçəngi xeyli azalıb.”

Eyni zamanda alimlər oturaq həyat tərzinin və qeyri-sağlam qidalanmanın xərçəng riskini nə dərəcədə artırdığını öyrənmək istiqamətində işlər aparır.

XS
SM
MD
LG