Accessibility links

Döş xərçəngi və kimya terapiyası VİDEO


Kimya-terapiyasindan xərçəng xəstəliyinin bir çox növünün müalicəsində istifadə edilir ki, onlardan biri də döş xərçəngidir. Xərçəng hüceyrələrini öldürən kimya-terapiyası adətən ağrılı olur və yan təsirlər verir.

Döşün süd vəzində xərçəng olan Zuli Palasionun həyat yoldaşı Kris Kondetti müalicə üçün onu təyin olunan kimya-terapiyasına gətirir. Prosedurun ağrısız, daha rahat keçməsi üçün Zuli Palasionun sinəsinə cihaz yerləşdirilib.

“Kimya terapiyası ağrılı deyil, yalnız çox yorğun olursan və hətta yatarkən belə, bədəndən yorğunluq çıxmır.” - deyə, Palasio bildirir.

Palasionun kimya-terapiyası azı 6 saat çəkir. Bu müddət ərzində o, prosedurun ona necə təsir etdiyi barədə tibb bacısına məlumat verə bilir. Palasio üçün ən çətini prosedurun səhərisi olur. “Kimya-terapiyasının səhəri günü sənə elə gəlir ki, üstündən qatar keçib. Sənin bütün bədənin qaralır və elə bil ki, daşın üstündə uzanmısan. Bütün bədənin ağrıyır, sümüklərin göynəyir, Sənə elə gəlir ki, sümüklərindən qan axır.”

Kimya-terapiyası xərçəngin böyüməsinin və yayılmasının qarşısını alır, xərçəngi müalicə edir, və ya cərahiyə əməliyyatına qədər səhhətin ağırlaşmasına mane olur. Bütün bunlarla yanaşı kimya-terapiyasının yan təsirləri də var. O, saç tökülməsi də daxil edilməklə, orqanizmdə yetişən çoxsaylı hüceyrəni öldürür.

Palasionun saçları ilk kimya-terapiyasından sonra tökülməyə başladı. “Mən demək olar ki, bir il saçsız qalacağam. Bu mənim üçün çətin olacaq, çünki mən saçlarımı sevirdim.”

Kimya-terapiyasının ikinci yan təsirinə qeyri-rəsmi “beyin kimyası” deyirlər ki, bu zaman xəstələr yaddaş zəifləməsindən əzab çəkirlər.

Zuli Palasio: “Mən bunu bir abzası 3-4 dəfə oxuduqdan sonra başa düşdüm, yadımda qalmır. Əşyaları haraya qoyduğum yadımda qalmır. Bu yaşlılıq əlaməti deyil, mənim yaddaşımda nə isə baş verir.”

Palasionun həkimi, xərçəng xəstəlikləri üzrə mütəxəssis deyir ki, əgər onun xəstəsi təyin edilən müalicəni axıradək yerinə yetirsə, xəstəliyin 85 faizi müalicə oluna bilər.

Show comments

XS
SM
MD
LG