Accessibility links

Qeyri-adi şirniyyat mağazası [Video]


Qeyri-adi şirniyyat dükanı
please wait

No media source currently available

0:00 0:03:40 0:00
Qeyri-adi şirniyyat dükanı
please wait

No media source currently available

0:00 0:03:40 0:00

Bayram mövsümlərində Birləşmiş Ştatlarda şirniyyat əsas yeri tutur. Konfetlər, pirojnalar, tortlar bayramın tərkib hissəsidir. Lakin biz sizə Amerikada qeyri-adi, bir tarixi olan konfet dükanından söz açmaq istəyirik. Burada satılan şirniyyatın tarixi 19-cu əsrə, bəlkə də daha əvvəllərə gedib çıxır.19-cu əsrdə hazırlanan Horehound konfeti nanə sinfindəki bitkidən qaynaqlanır.

Hard Tack adlanan konfeti isə Amerikada Vətəndaş Müharibəsi zamanı əsgərlər yeyərdilər. Tərkibində mum tamı olan bu konfet 20-ci əsrin əvvəllərində sevilərdi.

Süzan Bencamin tarixi konfetlərn satıldığı Cool Confections şirniyyat mağazasının sahibidir. Süzan alıcılara bir neçə əsr tarixə malik olan qənnadı məmulatları təklif edir. “Konfetlər ancaq şəkər demək deyil və çox da sadə bir şey deyil. Məsələ bu məmulatlara qoyulan əmək, bu sənayedəki inqilablar və bazardır. Məsələ bizim kim olmamızdır.”

Cool Confections – qənnadi məmulatlar mağazası Qərbu Virciniya ştatında, Potomak və Şenando çaylarının sahilindəki Harpers Ferridədir. Quldarlığa qarşı mübarizə aparan Con Braun 1859-cu ildə burada böyük üsyan təşkil edib. Eləcə də burada 1862-ci ildə Vətəndaş Müharibəsi zamanı döyüşlər olub.

Keçmişdə konfeti yalnız şirniyyat kimi deyil, başqa məqsədlər üçün də yeyərdilər.
“Konfetlər bərk olduğu üçün onları uzun müddət çeynəməli olurdular, bu da dişlərin və qanın təmizlənməsinə, çənənin funksiyasına yardım edirdi." - deyə, Süzan bildirir.

Qənnadı məmulatları 16-cı əsardə cənub-çərqi Asiyada şəkər çuğundurunun yetişdirilməsindən sonra yayıldı. Şəkərdən hazırlanan konfetləri və digər məmulatları Avropada yuxarı təbəqəli insanlar yeyərdi. Pan konfetləri çox sevilərdi.

Süzan Bencamin: “Onlar nə edərdilər, bir az tum, ya badam və qozun ləpələrini götürər və üstünü şəkər pudrası ilə örtərdilər.”

Vətəndaş müharibəsindən, qulların azad edilməsindən əvvəl Amerikada şəkər istehsalı mübahisəli məsələ idi. O zaman məşhur olan bərk konfetlər afrikalı-amerikalı qulların əməyi ilə yetişdirilən şəkər çuğundurundan hazırlanardı.

Süzan Bencamin: “Şəkər quldarlıq iqtisadiyyatınınböyük hissəsi idi. Ona görə də quldarlıq əleyhinə çıxanlar şəkər məmulatlarını baykot edərdilər.

Müharibədən sonra, şəkərin artdığı vaxt, Tutsi Rolls adlı Penni konfetləri aşağı təbəqələr arasında geniş yayıldı.

Süzan Bencamin öz şirniyyatlarını muzeylərə və internetdə də satır. Bəzi məmulatlar artıq istehsal olunmur. Süzan bu tarixi şirniyyatların reseptlərini tapıb yenidən istehsal etmək üçün illər sərf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG