Accessibility links

49 yaşlı müğənni hamilədir


Canet Cekson ilk dəfə övlad sahibi olacaq

49 yaşlı müğənni hamilədir.

Bu, Canet Cekson və Vissam Al Mananın ilk övladıdır.

Canetin qastrol səfərinin ikinci hissəsini təxirə salması xəbəri pərəstişkarlarının təəccübünə səbəb olub. Canet əri ilə birgə ailə məsələlərinə zaman ayırmaq məqsədi ilə qastrol səfərini təxirə salmalı olub.

Lakin indi pərəstişkarlarını konsertin ləğv edilməsindən çox onun yaşlı vaxtında hamilə olması və bunununla bağlı mümkün risklər narahat edir.

Nyu-Yorkun Post`s Page Six yazır ki, Canetin durumu və körpənin durumu yaxşıdır və bu şad xəbəri pərəstişkarları ilə bölüşməyi səbirsizliklə gözləyirdi.

Canetin iki, ya da üç aylıq hamilə olduğu deyilir. Onun 2017-ci ilin əvvəlində övladını dünyaya gətirəcəyi gözlənilir.

XS
SM
MD
LG