Accessibility links

Konqresdə Obamanın Mərkəzi Bankın direktoru vəzifəsinə nominasiyası etdiyi Canet Yellenin təsdiqi ilə bağlı dinləmə keçirilir



Prezident Obamanın Mərkəzi Bankın direktoru vəzifəsinə nominasiya etdiyi Canet Yellen Konqres dinləmələrində qanunvericilərin suallarını cavablandırır.

Senatın Banklar komitəsində respublikaçıların hazırda Mərkəzi Bankın direktor müavini olan Canet Yellenə ciddi suallar verəcəyi gözlənilir. Əsas sual Mərkəzi Bankın hələ də 2009-cu ildə tənəzzüldən sonra tam bərpa ola bilməyən iqtisadiyyatın dirçəlməsinə kömək üçün hər ay 85 milyard dəyərində qiymətli kağız alması ilə bağlıdır.

Prezident Barak Obama 67 yaşlı Yelleni yanvar ayında vəzifəsindən getməyi planlaşdıran bankın hazırkı direktoru Ben Bernankenin yerinə nominasiya edib.

Canet Yellenin nominasiyasına mütəşəkkil halda etiraz edilməyəcəyi gözlənilir.

Lakin respublikaçı senator Lindsi Qraham deyib ki, o, cənab Obama keçən il ABŞ-ın Liviyada Benqazidə diplomatik missiyasına terror hücumu ilə bağlı Dövlət Departamentinin daha çox rəsmisinin ifadə verməsinə razı olmayana qədər Canet Yellenin təsdiqinin qarşısını almağa çalışacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG