Accessibility links

“Azərbaycan” Nəşriyyatı martın 1-dən çap xərclərinin 20 faiz artırılıb. Bu barədə “Azərbaycan” Nəşriyyatının baş direktorunun müavini Bəsti İsmayılova Amerikanın Səsinəbildirib.

Onun sözlərinə görə, bütün poliqrafiya materialları xaricdəın alınır və xarici bazarlarda qiymətlər oprta hesabla 35-40 faiz artıb.

Baş direktorun müavini bununla bağlı nəşriyyatda yerləşən redaksiyalara xəbərdarlıq məktubu ünvanlandığını deyib.

“Azərbaycan” Nəşriyyatında yüzlərlə qəzet və jurnal çap olunur.

Belə görünür ki,ölkədə nəşr olunan qəzet və jurnallar da qiymətlərini qaldıracaq.

Ölkənin ən çox tirajlı qəzetlərindən olan “Azadlıq” qəzetinin baş redaktourunun birinci müavini Rahim Hacıyev vəziyyətdən minimum itki ilə çıxış yolunu qəzetinin qiymətinin artırılmasında görür.

“Son illər ərzində qəzet yayımına yaradılan ciddi problemlər, reklamın ümumiyyətlə olmaması vəziyyətimiz son dərəcə ağırlaşdırıb. Manatın devalvasiyasının nəticəsi kimi meydana çıxan qiymət artımı vəziyyətin daha da pisləşməsinə gətirib çıxacaq. Mövcud vəziyyət fəaliyyətimizi davam etdirmək üçün çox effektiv də olmasa müəyyən variantları nəzərdən keçirməyi tələb edir. Onlardan biri də qəzetin qiymətinin artırılmasıdır. Biz bunu çıxış yolu kimi qiymətləndirməsək də, yaranmış vəziyyətdə mümkün variant hesab edirik”, o qeyd edib.

XS
SM
MD
LG