Accessibility links

“Karnaval” kruiz gəmisinin sərnişinləri xilas edilib. 4000 adam qayıqlarla, gəmi isə buksir qayıqların yardımı ilə sahilə çatdırılıb.

Ötən cümə axşamı günü 4 günlük səfərlə Texas ştatının Qaveston liman şhərindən yola düşən səyahət gəmisinin mühərrik kabinasında baş verən yanğın gəminin əsas enerji mənbəyini sıradan çıxarıb.

Kayutaları su basması və kanalizasiya xəttinin partlamasına görə insanlar gəminin göyərtəsində yatmalı olub. Ərzaq və digər ləvazımat üçün uzun növbələr yaranıb.

Hazırda qəza ilə bağlı araşdırma aparılır.
XS
SM
MD
LG