Accessibility links

Çətinliklə üzləşən Castin Biber Tanrıya üz tutub


Castin Biberin yaşadığı qalmaqallardan sonra Tanrıya üz tutaraq imdad diləməsi anlaşılandır.

Hollivud ulduzu xristianlığa inamı haqda Brandon Burkenin video görüntüsündə açıq danışıb.

Bu, Burkenin bir milyon vəd toplaması üçün keçirdiyi kampaniyanın tərkib hissəsidir. Və sözsüz ki, Castinin də iştirakı ilə bu kampaniyanın uğur əldə etməsi nisbətən asan olacaq.

Page Six veb səhifəsinə istinadən 20 yaşlı müğənni fevral ayında Nyu-York şəhərində günahlarının bağışlanması üçün xristianlığı qəbul etmək istəmiş, lakin ürəyincə olan kilsə tapa bilməmişdir.

Görəsən həqiqətən də Castin Tanrıya üz tutub? Bəlkə buna səbəb onun çətinliklə qarşılaşmasıdır?!
XS
SM
MD
LG