Accessibility links

Obama: Kanada bizim ən yaxın müttəfiqimiz və dostumuzdur


ABŞ prezidenti Barak Obama Kanadanın proqressiv lideri Castin Trudonu cümə axşamı Ağ Evdə qarşılayıb. Bu, son 20 ildə iki ölkə arasında baş tutan ilk rəsmi səfərdir.

NATO müttəfiqi olaraq biz terrora qarşı çıxırıq və Ukrayna kimi dövlətlərin öz taleyini müəyyən etmək haqqını dəstəkləyirik.
Barak Obama

“Belə bir söz var ki, dostunu seçə bilərsən, amma qonşunu yox.” “Coğrafi səbəbdən Birləşmiş Ştatlar və Kanada qonşudur, amma biz öz seçimimizlə ən yaxın dost və müttəfiyik.”

Cənab Trudonu qarşılayan Obama onların bölüşdüyü ortaq dəyərləri vurğulayıb. Bu dəyərlər hər iki ölkədə universal səhiyyə xidmətlərin olması, din azadlığın təmin olunması və əhalinin müxtəlifliyi daxildir.

“NATO müttəfiqi olaraq biz terrora qarşı çıxırıq və Ukrayna kimi dövlətlərin öz taleyini müəyyən etmək haqqını dəstəkləyirik. Birləşmiş Millətlər Təşkilatının liderləri olaraq biz bütün insanlar üçün sülh, təhlükəsizlik və insan haqlarının təmin olunmasını müdafiə edirik,” deyə ABŞ prezidenti cümə axşamı keçirilən mərasimdə bildirib.

Barak Obama və Catin Trudo
Barak Obama və Catin Trudo

Bir çox insan Kanadanın yeni baş nazirində gənc Obamanı görür. ABŞ prezidenti kimi 44 yaşlı Trudo da seçki kampniyasını ümid və dəyişiklik mesajı ilə aparmışdı. Onun Liebral partiyası ötən ay oktaybarda keçirilən parlament seçkilərinddə böyük qələbə əldə edərək 2006-ci ildən bəri hakimiyyətdə olan baş nazir Stefen Harper və onun Mühafizəkar partiyasının hakimiyyətinə son qoydu.

“Cənab baş nazir, hakimiyyətə gəlməyiniz sadəcə Kanadaya deyil, həm də bizim ölkələr arasındakəı münasibətlərə yeni enerji və dinamizm gətirib. Bizim dünyaya ortaq baxışımız var. Və mən onu da bildirməliyəm ki, mən indiyədək heç bir zaman amerikalıların hər hansı bir kanalı baş nazirin gəlişinə bu qədər sevindiklərinə şahid olmamışam,” deyə cənab Obama zarafat edib.

Birgə mətbuat konfransı keçirmədən öncə iki ölkə rəhbəri Ağ Evin Oval ofisində görüş keçirib. Daha sonra isə onlar rəsmi ziyafətə qatılacaq.

Cənab baş nazir, hakimiyyətə gəlməyiniz sadəcə Kanadaya deyil, həm də bizim ölkələr arasındakəı münasibətlərə yeni enerji və dinamizm gətirib.
Barak Obama

Trudonun gəlişindən öncə, Ağ Ev ABŞ və Kanadanın iqlim dəyişikliyinə qarşı mübarizədə birlikdə bəzi addımlar atacağını bildirib.

Trudonun Vaşinqton səfəri son zamanlar Vaşinqton və Ottava arasındakı soyuq münasibətlərə son qoyub.

Kanadanın sabiq baş naziri Harper Obamanın Kanadadakı neft yataqlarından ABŞ-ın mərkəzi ştatalrından Meksika körfəzinə keçəcək Keystone XL neft boru kəmər xəttinin tikinti təklifinə cavabı illər boyu ləngitməsinə görə qəzəblənmişdi. Trudo hakimiyyətə gələndən bir az sonra isə Obama ötən ilin noyabr ayında bu təklifi rədd etdi.

44 yaşlı Trudonun liberal siyasi görüşləri isə Harperdən çox Obamanın görüşləri ilə üst-üstə düşür. Keçmiş baş nazir Pyer Trudonun oğlu olan Castin Trudo bu səfəri ilə ikitərəfli münasibətləri daha da gücləndirməyə ümid edir.

Kanada Birləşmiş Ştatların ən böyük ticarət tərəfdaşıdır. Kanadanın ixraclarının 75 faizi cənub sərhədindəki ABŞ-a göndərilir. Gündəlik olaraq iki ölkə arasındakı satış əməliyyatlar 2 milyard dollar təşkil edir.

Cümə axşamı baş tutacaq danışıqlar zamanı iki lider iqlim dəyişikliyi, sərhəd nəzarət qaydaları və İslam Dövləti yaraqlı qrupuna qarşı mübarizəni müzakirə edəcək.

Obama və birinci xanım Mişel Obama Trudo ailəsi üçün Obamanın prezidentliyi dövründə keçiriləcək 10-cu rəsmi ziyafət təşkil edəcək. Bu 1997-ci ildən bəri bir Kanada lideri üçün təşkil olunacaq ilk rəsmi ziyafət olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG