Accessibility links

Amerika Dövlət Departamentinin rəsmisi Gəncədə səfərdədir


US Azerbaijani flag at USACC

US Azerbaijani flag at USACC

Gəncə şəhər icra hakimittərinin başçısı ilə iqtisadi, sosial və insan haqları, əmlak məsələləri, QHT-lərin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

ABŞ Dövlət Departamentinin Avropa və Asiya məsələləri üzrə bürosunun Qafqaz və regional münaqişələr üzrə ofisinin direktoru Castin Fridman Gəncədə işgüzar səfərdədir.

Amerikanın Bakıdakı səfirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Castin Fridman aprelin 15-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

Yerli medianın məlumatıan görə, görüşdə iqtisadi, sosial və insan haqları, əmlak məsələləri, QHT-lərin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Nümayəndə heyətində ABŞ Ədliyyə Departamentinin məsul işçisi Katrin Nilkom, ABŞ Dövlət Departamentinin İnsan Hüquqları və Demokratiya bölməsinin məsul işçisi Vendi Silvermen, ABŞ-ın Azərbaycandakı səfirliyinin İnsan hüquqları üzrə mütəxəssisi Erik Piterson daxildir.

Nümayəndə heyəti görüşlərini Bakıda davam etdirəcək.
XS
SM
MD
LG