Accessibility links

“CAUCADOC və Bizim Hüquqlar – Bizim Gələcək” birgə sənədli filmlər festivalı başlayır


“CAUCADOC və Bizim Hüquqlar – Bizim Gələcək” birgə sənədli filmlər festivalı başlayır

“CAUCADOC və Bizim Hüquqlar – Bizim Gələcək” birgə sənədli filmlər festivalı başlayır

Noyabrın 27-də “Azad Gənclik” Təşkilatı və “Art for Democracy” kampaniyasının təşkilatçılığı ilə “CAUCADOC və Bizim Hüquqlar – Bizim Gələcək” birgə sənədli filmlər festivalının II hissəsi start götürəcək.

“Azad Gənclik” Təşkilatının məlumatına görə festival noyabrın 27, 28, 29-da davam edəcək. Hər gün iki film nümayiş etdiriləcək.

İnsan haqları, demokratiyadan bəhs edən, bir neçə ölkədə çəkilmiş bu filmlər ilk dəfə açıq nümayiş olunacaq. Hər bir filmin nümayişdən sonra müzakirəsi olacaq.
Müzakirələrdə ekspertlər, tanınmış ictimai xadimlər iştirak edəcək.

Qeyd edək ki, nümayiş olunacaq filmlər azərbaycan dilində dublyaj olunub.
Tədbir Müsavat Partiyası qərargahında baş tutacaq.

Nümayiş olunacaq filmlər bunlardır: “Xalq düşmənləri” , “Fərqli Çelsi – Donetsk hekayəsi” , “Qadağan olunmuş səslər”, “Tramp dəyişikliyi”, “Sükuta yox!”,
“Sərhədsiz xatirələr”.
XS
SM
MD
LG