Accessibility links

Hücum zamanı bir polis zabiti həlak olub

Rusiyanın Şimali Qafqaz bölgəsində maşına yerləşdirilən bomba partlayışı səbəbilə intiharçının özü və bir polis zabiti həlak olub, dörd nəfər yaralanıb. Kamikadze hücumunun İnquşetiya ilə Şimali Osetiya sərhəddində həyata keçirildiyi bildirilir.

Moskvanın Şimali Qafqazdakı islamçı üsyançılarla mübarizəsinə baxmayaraq, bölgədə demək olar ki, hər gün zorakılıqlar baş verir.

Moskva yoxsulluq və korrupsiyanın baş alıb getdiyi, insan haqlarının pozulduğu Çeçenistandakı separatçılarla da mübarizə aparır.
XS
SM
MD
LG