Accessibility links

Rusiyanın narahatlıqların davam etdiyi Şimali Qafqaz bölgəsində televiziya xəbərlər proqramı aparıcısının İslamçı yaraqlılar tərəfindən qətlə yetirildiyi bildirilir. Rusiya rəsmilərinin bildirdiyinə görə, 28 yaşlı Kazbek Gekkiyev dünən gecə naməlum şəxslər tərəfindən güllə ilə vurularaq öldürülüb. Televiziya kanalında onunla birlikdə işləyən yoldaşları Kazbek Gekkiyevin mübahisəli məsələlər barədə hazırladığı reportajlarla tanındığını deyib.

Şahidlər qatillərin aparıcını güllələməzdən əvvəl onun adını soruşduqlarını deyirlər. Hadisə Kabardin-Balkar vilayətinin Nalçik şəhərində baş verib.

Rusiya prezidenti Vladimir Putin bu gün hadisəyə münasibətini bildirərək, təhlükəsizlik qüvvələrinin tez bir zamanda qatilləri ələ keçirməsinə göstəriş verib.
XS
SM
MD
LG