Accessibility links

Qənimət Zahid: "Yüksək vəzifəli məmurların" adlarını gözləyirəm


Qənimət Zahid (Foto Qənimət Zahidin Facebook səhifəsindən götürülüb)
Qənimət Zahid (Foto Qənimət Zahidin Facebook səhifəsindən götürülüb)

"Bu mənə və “Azadlıq” qəzetinə qarşı böhtan və şərdir. Yazılanlar tam cəfəngiyatdır. Bunu təhqir və təhdid kimi qiymətləndirirəm. Mənim hər hansı məmurla əlaqəm və ya göürşüm olmayıb. Jurnalist kimi bütün hərəkətlərim Azərbaycanın qanunvericiliyi daxilindədir".

Sücəddin Şərifov
Sücəddin Şərifov

Bu barədə “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov virtualaz.org saytında dərc olunmuş “Azərbaycanın yüksək vəzifəli məmurlarından kimlər müxalifəti maliyyələşdirir?”(http://virtualaz.org/bugun/87916) başlıqlı məlumatla bağlı Amerikanın Səsinin sualının cavabında bildirib.

Sayt yazır ki, redaksiyaya bəzi yüksək vəzifəli Azərbaycan məmurları tərəfindən müxalifət KİV-inin, xüsusən də Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbu orqanı "Azadlıq" qəzetinin və onun eyni adlı saytının maliyyələşdirməsinə şahidlik edən sensasiyalı faktlar daxil olub.

virtualaz.org saytı
virtualaz.org saytı

“Virtualaz.org nümayəndələri "Azadlıq" qəzetinin redaktoru Sücəddin Şərifovla görüşlər keçirən və danışıqlar aparan məmurların adlarını dəqiqləşdirib. Məlumata görə, yüksək vəzifəli məmurlar onların toxunulmazlığı və fəaliyyətlərinin tənqid olunmayacağı zəmanətinin qarşılığında S.Şərifova böyük məbləğdə pullar veriblər. Məmurların S.Şərifova çatdırdıqları maliyyə vəsaiti sonradan Fransaya - "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə göndərilib”, sayt yazır.

S.Şərifov Amerikanın Səsinə bildirib ki, dünən bir neçə dəfə saytın rəhbəri Eynullah Fətullayevə zəng edib.

“Təəssüf ki, Fətullayev telefonunu qaldırmadı. Mənim əxlaqımda bir yerdə olub başqa yerdən faydalanmaq təhqir sayılır. Virtualaz.org saytının yazdıqları ağır ittihamdır. Bu gün onun yazdıqlarının araşdırılması və ictimaiyyətə məlumat verilməsi xahişi ilə hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Paralel olaraq Mətbuat Şurasından Eynullah Fətullayev və mənim iştirakım ilə virtualaz.org satytının yazdıqları ilə bağlı müzakirə keçirməsini xahiş edəcəm”, o qeyd edib.

S.Şərifov həmçinin bu gündən "Azadlıq" qəzetində fəaliyyətini dayandırdığını deyib.

“Bu gündən mənə və "Azadlığ"a qarşı irəli sürülən ittihamların hüquqi araşdırılması ilə məşğul olacam”, o qeyd edib.

Azadlıq qəzeti
Azadlıq qəzeti

Öz növbəsində, “Azadlıq” qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zahid Amerikanın Səsinə bildirib ki, İlham Əliyevin çevrəsində, hətta 5-ci çevrəsində elə bir məmur yoxdur ki, alternativ ictimai siyasi proseslərə dəstək vermək kimi abırlı bir niyyətin sahibi olsun.

“Amma, mənə gülməli gələn başqa məsələdir. Hansısa məmurlar mənə pul vermək istəsələr bunu niyə Bakıda etsinlər ki? Onların hamısının xarici ölkələrdə biznesləri və pulları var. Amma, bir də gözləntim var: Sucəddin bəyin adını yazdılar, eyni uğurla “Azadlığ”ın istənilən əməkdaşının adını yazmaq olar, bu, əsas deyil və həmin o "yüksək vəzifəli məmurların" adlarını gözləyirəm", o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG