Accessibility links

Cavad Abbasi: Sanksiyaların ləğvinin Azərbaycan vilayətlərinə xeyri yoxdur


Cavad Abbasi ilə müsahibə
please wait

No media source currently available

0:00 0:08:55 0:00

Beynəlxalq sanksiyaların aradan qaldırılması İranın dünya bazarlarına çıxması ilə yanaşı, həm də ölkənin xarici dünya ilə əlaqələrini tədricən bərpa etməsi ilə bağlı ümidləri gücləndirib. Müşahidəçilər yaranan iqtisadi imkanlara baxmayaraq, İranın daxili siyasətində dəyişikliklərin olacağını gözləmədiklərini bildirir. Xüsusilə də İranda yaşayan qeyri-fars millətləri, o cümlədən Azərbaycan türklərinə münasibətdə siyasətin davam edəcəyini düşünür. ABŞ-da yaşayan güneyli fəal Cavad Abbasi Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə sanksiyaların aradan qaldırılmasına Azərbaycan bölgələrində reaksiyalar, güneyli fəalların dil və mədəni hüquqlar uğrunda mübarisəzi və qarşıdan gələn Məclis seçkiləri haqda danışıb.

Sanksiyaların aradan qaldırılması Azərbaycan bölgələrində müsbət qarşılanıb

Cavad Abbasinin sözlərinə görə, İrana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasına ölkənin hər yerində olduğu kimi Azərbaycan vilayətlərində müsbət reaksiyalar verilib:”Azərbaycanlılar da bunu sevinclə qarşıladılar. Amma bilisiniz ki, azərbaycanlılar və qeyri-fars millətlər iki sanksiya ilə üz-üzədir. Bu sanksiyalar beynəlxalq təşkilatlar və Qərb ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyalar olsa da, amma qeyri-fars millətlər, xüsisilə də Güney Azərbaycan türkləri illərdir “fars düşüncə mərkəzinin əritmə siyasəti” ilə qarşı-qarşıyadır. Yəni sanksiyalar, haqsızlıqlar bölgədə davam etməkdədir. Rejimin bu siyasəti dəyişəcəyi ilə bağlı ümid yoxdur.”

Azərbaycan vilayətlərində iqtisadi durum ağırdır

Cavad Abbasi illərdir İrana qarşı tətbiq etmiş sanksiyaların Azərbaycan vilayətlərinə iqtisadi baxımdan təsirlərini qeyd edib: ”Son sanksiyalardan sonra dövlət bəzi yatırımlara başladı, dəmir yolu tikməyə başladılar. Bunlar yenə də keçmişdə olduğu kimi əsas sənaye, böyük yatırımlar, fabrikalar yaradılır, iş imkanları, böyük pullar, təchizat fars mərkəzlərində olur. Ən son beş böyük xəstəxanada tikmək istəyirlər. Bunların üçü Tehranda, biri Rəştdə, biri də Nişapurda tikilir, hamısı fars bölgələridir. Ya da Ərdəbildə xalq illər boyu gözləyir ki, dəmir yolu tikiləcək, burada millət qatarlardan faydalanacaq. Amma qatar yolu Tehrandan Məşhəddə tikiləcək.

"İran rejimi dindən istifadə edərək fars mənfəətlərini qorumaq üçün bir sistem yaradıb. Onun üçün əgər Azərbaycan türkləri, ya da qeyri-fars xalqların hüquqlarını rəsmən tanısalar, o zaman o qurduqları sistem dağılıb gedəcək"-Cavad Abbasi

Görürük ki, sanksiyalardan azad olan pullar, imkanlar, xüsusilə də təsirli imkanlar Azərbaycan milləti üçün yoxdur. Azərbaycan milləti öz bölgəsində əkinçiliklə məşğul olur, bölgənin vediyi yerli imkanlardan istifadə edir. Amma sanksiyalar elə bir vəziyyətə gətirib çıxarıb ki, mən insanlarla danışıram, eləsi var deyir ki, “mən üç aydır evə meyvə ala bilmirəm. Üstəlik də İran bu sanksiyalara görə meylini Şərq ölkələrinə, xüsusilə də Çinə, Hindistana, Rusiyaya çevirdi. Oradan da keyfiyyətsiz mallar gəlir, insanlar bunlarə yeyəndə xəstəliklərlə qarşılaşır, dərmanlar tapılmır, iş imkanları yoxdur, bank sistemi çökmüşdür, rüşvətxorluq, pis idarəçilik baş alıb gedir. Xalqı dinləyən yoxdur. Orada qarışıqlıq mövcuddur. Millət bundan bezib.”

Milli hərəkat getdikcə güclənəcək

Cavad Abbasi azərbaycanlı fəalların istər Urmiyə gölünün qurumasının qarşısının alınması, istərsə də dil hüquqlarının təmin olunması istiqamətində fəaliyyəti davam etdirəcəyini bildirib:”Milli fəllar olaraq, Güney Azərbaycan milli hərəkatı olarfaq bu hərəkat uzun illərdir başlayıb, bu gün davam edir və davam edəcəkdir. Bunun qarşısını heç kimsə ala bilməz. Artıq insanların kimliyini, hürriyyətini almaq heç bir super gücün də gücünün yetməyəcəyi məsələdir.

”Son sanksiyalardan sonra dövlət bəzi yatırımlara başladı, dəmir yolu tikməyə başladılar. Bunlar yenə də keçmişdə olduğu kimi əsas sənaye, böyük yatırımlar, fabrikalar yaradılır, iş imkanları, böyük pullar, təchizat fars mərkəzlərində olur"-Cavad Abbasi

Amma burada İran rejiminin siyasi iradəsi yoxdur. İran rejimi dindən istifadə edərək fars mənfəətlərini qorumaq üçün bir sistem yaradıb. Onun üçün əgər Azərbaycan türkləri, ya da qeyri-fars xalqların hüquqlarını rəsmən tanısalar, o zaman o qurduqları sistem dağılıb gedəcək. Güney Azərbaycan türkləri ayağa qalxıb, bütün təbəqələrdə, hətta dövlət dövlət dairələrində işləyənlər kimliklərinə sahib çıxırlar. Ona görə mən belə düşünürəm ki, milli hərəkatımız getdikcə güclənəcək, getdikcə təşkilatlanacaq və artıq anlayır ki, bu, sistemdən, bu rejimdən fayda yoxdur və birləşmək bizim son yolumuzdur.

Məclis üzvləri azərbaycanlıların maraqlarını təmsil etmir

Fevralın sonu İranda Milli Məclisə keçiriləcək seçkilərdə namizədlər namizədlər azərbaycanlıların maraqlarını təmsil edə bilirmi? Cavad Abbasi buna inanmadığını deyir: ”İranda iki qrup var-islahatçılar və mühafəzikarlar. Bunların hamısı, Nəzarət Şurası və bütün əsas dövlət stukturları ali dini rəhbərdədir. Bu, onun təyinatıdır. Xalqın seçmək və seçilmək hüququ qəsb olunub. Burada ayrı partiyalar, müxtəlif fikirli tərəflər yoxdur. İllər boyu istər prezident seçkilərində, istərsə də məclis seçkilərində azərbaycanlıların hüquqları ilə bağlı bir sıra şüarlar ortaya çıxır. Məsələn, türk mədəniyyət ocağı açılacaq, türk dili azad olacaq. Bunlar boş vədlər, boş təbliğatdır. Heç bir addım atmayıblar. Çünki bu addımı atmaq üçün heç bir qanun keçirməyə də ehtiyac yoxdur. İranın konstitusiyasında bizim ana dilində oxumaq hüququmuzun rəsmən tanındığı maddələr var. Amma buna siyasi iradə yoxdur. Rejim bunu istəmir. Azərbaycan milli fəalları baxdılar ki, bu qruplardan heç bir hərəkət yoxdur, bütün vədlər yalandır. Üçüncü söyləm adından aday oldular və yenə də eyni qurumlar, istər dövlət qurumları, istərsə də Nəzarət Şurası milli fəalların səlahiyyətlərini rədd etdi və yarışmalara qatılmalarına icazə vermədilər. Məncə, bu davam edəcək. Amma rejimin mahiyyəti ifşa olunub. Nə millətin dini hisslərindən istifadə edə bilib, nə də irançılığı vətən sevgisinin yerinə qoya bilib, yəni alternativ qoya bilməyib. Millət üz çevirib bu rejimindən. Ona görə də gələcəkdə formal hərəkat ola bilər. Amma Milli hərəkarın öncülləri, Güney Azərbaycan aydınları ayıqdır, bir-birinə dəstək olurlar və mübarizəni davam etdirəcəyik. Ümid edirik ki, bu əsr millətimiz üçün qurtuluş və bölgə xalqları üçün barış gətirsin.”

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG