Accessibility links

Cavad Heyət xatirələrdə - müxtəlif baxışlar


Cavad Heyətlə vida mərasimi

Cavad Heyətlə vida mərasimi

Azərbaycanın görkəmli alimi, ictimai xadim Cavad Heyət bu gün Bakıda torpağa tapşırılıb. Cavad Heyətlə vida mərasimində minlərlə insan, o cümlədən hökumət üzvləri, deputatlar, ictimai-siyasi xadimlər, siyasi partiya rəhbərləri, ziyalılar iştirak edib.

Cavad Heyətin vəfatı ilə bağlı Azərbaycan prezidenti, hökumət üzvləri, siyasi partiya rəhbərləri, diaspor təşkilatları, elm və təhsil müəssisələri, səhiyyə ocaqları çoxsaylı nekroloqlar imzalayıb.

Cavad Heyətin həyatı və elmi araşdırmaları ilə bağlı maraqlı fikirləri diqqətinizə çatdırırıq.

Prezident İlham Əliyevin imzaladığı nekroloqda deyilir:

“Doktor Cavad Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bir sıra beynəlxalq elmi forumlar və top

Cavad Heyət eyni zamanda, Azərbaycanın elmi və mədəni nailiyyətlərinin geniş tanıdılması, eləcə də ədəbi əlaqələrin möhkəmləndirilməsi işinə layiqli töhfələr vermişdir.

lantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görmüşdür. Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olmuşdur.

Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilmə

Cavad Heyət eyni zamanda, Azərbaycanın elmi və mədəni nailiyyətlərinin geniş tanıdılması, eləcə də ədəbi əlaqələrin möhkəmləndirilməsi işinə layiqli töhfələr vermişdir.

sinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanmışdır. Onun tədqiqatlarında və publisistik məqalələrindəki əsas fikirlərin böyük qismi təsis etdiyi "Varlıq" jurnalında əksini tapmışdır.

Cavad Heyət eyni zamanda, Azərbaycanın elmi və mədəni nailiyyətlərinin geniş tanıdılması, eləcə də ədəbi əlaqələrin möhkəmləndirilməsi işinə layiqli töhfələr vermişdir.

Görkəmli cərrah, tanınmış ədəbiyyatşünas və səmimi insan Cavad Heyətin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır", Azərbaycan prezidenti nekroloqunda qeyd edir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Cavad Heyət barədə öz facebook səhifəsində belə yazır:

80-ci illərdə Əbülfəz Elçibəylə, digər dəyərli aydınlarımızla birlikdə ictimai-siyasi təşkilat yaradarkən həm də bu dərgi adını nəzərə alaraq təşkilatımızı "Varlıq" adlandırmışdıq.

“Azərbaycanımızın ən böyük alimlərindən, ən vətənsevər insanlarından, ən sayğı duyduğum intellektuallarından biri - professor Cavad Heyət vəfat edib. Onun adını ilk dəfə Tehranda çalışan azərbaycan mənşəli məşhur cərrah kimi, daha sonra "Varlıq" dərgisinin nəşrinə başlayaraq doğma türkcəmizi yaşadan ziyalı kimi eşitmişdim. 80-ci illərdə Əbülfəz Elçibəylə, digər dəyərli aydınlarımızla birlikdə ictimai-siyasi təşkilat yaradarkən həm də bu dərgi adını nəzərə alaraq təşkilatımızı "Varlıq" adlandırmışdıq. Sonralar mən Cavad bəylə tanış oldum, onunla saysız-hesabsız görüşlərimiz, söhbətlərimiz oldu. Onun vətən və millət sevgisindən, geniş dünyagörüşündən, dünya miqyasında vizion sahibi olaraq məsləhət və tövsiyələrindən, gözəl yumorlu söhbətlərindən doymaq mümkün deyildi.


Sizi unutmayacağıq, ustad! Ruhunuzu şad etmək borcumuzdur!”, Müsavat başqanı qeyd edir.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Cavad Heyətin vəfatı ilə bağlı Azərbaycan və Türk dünyasına “başın sağ olsun” deyə başsağlığı verib.

O öz Facebook səhifəsində yazır:

Sən ən həssas, ağır və acı dövr və cağlarda vətən və millətini unutmadığın kimi, biz də səni heç zaman unutmayacağıq və ürəyimizin ən uca yerində xatirənizə yer verəcəyik

”Güney Azərbaycanın çağdaş Dədə Qorqudu, ağsaqqalımız və böyüyümüz, Prof. Dr. Cavad Heyət sonsuzluğa qovuşub.

Ulu yaradandan ruhlarının şad ve məkanlarının cənnət arzu edirik. Sən ən həssas, ağır və acı dövr və cağlarda vətən və millətini unutmadığın kimi, biz də səni heç zaman unutmayacağıq və ürəyimizin ən uca yerində xatirənizə yer verəcəyik”, Çöhrəqanlı qeyd edib.

Milli Şuranın sədri, tarix elmləri doktoru Cəmil Həsənli Müsavat.com saytına deyib:

Sanki jurnal "biz türklər varıq, dilimiz var", - deyə hayqırırdı.

"O, böyük elm adamı idi. Hesab edirəm C.Heyət elmdə, ictimai münasibətlərdə, həm də milli fikir tarixində öz sözünü demiş şəxsiyyətdir. Bir tərəfdən bir cərrah, tibb adamı kimi, digər tərəfdən bir fikir adamı kimi araşdırmaları çox dəyərlidi. Məni onunla Bəxtiyar Vahabzadə tanış edib. O "Varlıq" jurnalı ki, var idi, o bir simvol idi. Sanki jurnal "biz türklər varıq, dilimiz var", - deyə hayqırırdı. Odur ki, Cavad Heyətin ölümü bəşəriyyət üçün böyük itkidir", Həsənli bildirib.

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Cavad Heyətinin vəfatı ilə bağlı məqaləsində yazır:

Böyük azərbaycanlının müstəqil Azərbaycanın başkəndində dəfn olunması onun halal haqqıdır.

“Xalqımız ömrünü millətinin varlığının, dilinin, kimliyinin qorunmasına həsr edən daha bir ziyalısını, aydınını itirdi. Adı çəkiləndə Güney Azərbaycan, orada azadlığı uğrunda çalışan minlər, dilini qorumağa qalxan milyonlar yada düşən Cavad Heyətin ölümü hər birimizi sarsıdır.

Statistik reallıq üçün az ömür sürməyib Cavad Heyət: 1925-ci il mayın 24-də Təbrizdə, tanınmış ziyalı Mirzəli Heyətin ailəsində dünyaya göz açıb. Mirzəli Heyət məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçun "Heyət" adı ilə tanınıb, İran ədliyyəsinin qurucularından biri kimi məşrutiyyət inqilabında fəal rol oynayıb.

Canında, qanında daşıdığı azadlıq, milli düşüncə bütün şüurlu həyatını əhatə edirdi Cavad Heyətin. İstanbul və Paris universitetlərində tibb təhsili almışdı, ölkəsinin və dünyanın tanınmış cərrahlarından biri idi, İranda ilk dəfə ürək əməliyyatını (koronar şuntlama) aparmışdı, amma bütün bunlardan əlavə millətinin folklorunu, ədəbiyyatını, mədəniyyətini təmsil edirdi. Cavad Heyət tibbi araşdırmaları ilə tanınırdı, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin, Paris Cərrahlar Akademiyasının üzvü, Türk Dil Qurumunun fəxri sədri və dünyanın bir çox universitetlərinin, o cümlədən Azərbaycan universitetlərindən bəzilərinin fəxri doktoru idi.

Yüzlərlə elmi məqalənin, cərrahiyyəyə aid 3 fundamental kitabın müəllifi idi, amma həm də türkologiyaya aid yeddicildlik yazmışdı, Azərbaycanın şifahi xalq ədəbiyyatı ilə bağlı araşdırmalar aparmışdı.

Bir neçə dildə - ingilis, fars, türk və s. – mükəmməl danışan Cavad Heyət uzun müddət öz həyat missiyasına uyğun “Varlığ”ı qorudu, bu dərgidə milli mədəniyyəti yaşatmaqdaydı.

Son illər səhhətində yaranan narahatlıqlar bu böyük insanın fəaliyyətinə nisbətən təsir etmişdi, amma bu yaşda belə soydaşlarımızla bağlı olan tədbirlərdən qalmamağa çalışırdı: hər zaman öz ziyalı mövqeyini ortaya qoyurdu və bu münasibətlər hər zaman vaxtında, məqamında olması, gərəkliliyi, barışdırıcılığı ilə seçilirdi. Həm də dostlarına, xüsusilə səhhəti ilə qayğılanan arxadaşlarına son mənzilinin Bakıda olması arzusunu dilə gətirirdi.

Böyük azərbaycanlının müstəqil Azərbaycanın başkəndində dəfn olunması onun halal haqqıdır.

Cavad Heyətin yeri hər zaman görünəcək və o, hər bir azərbaycanlının ürəyində, oxucularının qəlbində yaşayacaq, Sabir Rüstəmxanlı yazır.

Azərbaycan Milli Elmlər Akademiyasının nekroloqunda isə görkəmli alim haqqında bunlar yazılıb:

O, 36 ildən çox müddətdə türk və fars dillərində nəşr olunan bu ədəbi-mədəni dərgini nəşr etdirib.

“Cavad Heyət həmçinin “Varlıq” dərgisinin təsisçisidir. O, 36 ildən çox müddətdə türk və fars dillərində nəşr olunan bu ədəbi-mədəni dərgini nəşr etdirib.

Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir.

O, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin eləcə də İstanbul Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədridir.

Görkəmli alim Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb.

Tanınmış alim Cavad Heyətin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq”, AMEA-nın nekroloqunda qeyd edilir.

XS
SM
MD
LG