Accessibility links

Türkiyənin xarici işlər naziri İrana səfər edib


Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ölkələr arasında fikir ayrılığına baxmayaraq, Suriya məsələsi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə edildikdən bir neçə gün sonra İrana səfər edib.

Türkiyənin dövlət mediası nazirin Hindistana gedərkən Tehranda qısa müddətə dayandığını bildirib.

Türkiyə və İranın xarici işlər nazirləri ötən həftə Ankarada bir araya gələrək Suriya böhranının həlli yolunda əməkdaşlıq barədə razılıq əldə edib.

Bu ölkələr Suriyada müxalif mövqelər tutur. İran prezident Əsəd hökumətinə dəstək verir. Türkiyə isə onun hakimiyyətdən getməsini istəyir.

Anadolu xəbər agentiyi Çavuşoğluya istinadən bildirib ki, tərəflər dərinləşməkdə olan və zamanla çıxılmaz vəziyyət alacaq Suriya probleminin həllində səylərini gücləndirmək qərarına gəlib.

XS
SM
MD
LG