Accessibility links

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Soçi şəhərində keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) tədbirində iştirak edəcək.

Tədbir iyulun 1-də baş tutacaq.

Bundan əvvəl Rusiya tərəfi Türkiyənin tədbirdə iştirak etmək üçün dəvət etdiyini bildirib.

Analitiklər Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rus həmkarı Vladimir Putinə üzrxahlıq məktəbu göndərməsi ilə iki ölkə arasında münasibətlərin yenidən normallaşa biləcəyini ehtimal edir.

Xatırladaq ki, rəsmi Kremlin məlumatına əsasən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçən il Türkiyə ordusu tərəfindən vurulan Rusiya qırıcı təyyarəsinə görə Rusiya prezidenti Vladimir Putindən üzr istəyib. Bu addım Rusiyanın iqtisadi sanksiyaları aradan qaldırması üçün şərait yaradıb.

Ərdoğanın sözçüsü İbrahim Kalın Putinə göndərilən məktubu təsdiqləyib, lakin bunun açıq üzr məktubu olmadığını bildirib. O deyib ki, Ərdoğan məktubda təəssüf hisslərini bildirib və pilotun ailəsinə “bizi bağışla” deyə yazıb.

XS
SM
MD
LG