Accessibility links

Təhlilçilər: Buşun tərcümeyi-halı oğluna çətin kömək etsin [Təhlil]


Gələn həftə ABŞ-ın 41-ci prezidentinin tərcümeyi-halı işıq üzü görəcək. Sabiq prezident kitabda oğlunun hakimiyyətdə olduğu müddətdə vitse prezident Dik Çeyni və müdafiə naziri Donald Ramsfeldi tənqid edir. O deyir ki, onların tutduğu sərt mövqe prezidentin siyasətinə mənfi təsir göstərib.

Ata Buşun oğlunun verdiyi bəzi siyasi qərarlardan narazı olması haqda uzun müddətdir danışılır. Burada sual yaranır: o nəyə görə bu qədər vaxt gözləyib? Təhlilçi Klaus Larres deyir ki, o bu addımı oğlunun imicini düzəltmək üçün atıb.

O, İraqda baş verən hadisələrə görə böyük narahatlıq keçirir. O, Yaxın Şərqdə baş verən qarışıqlıqdan xəbərdardır. Hamı onun oğlunu 2003-cü ildə İraqa müdaxilə etməkdə ittiham edir. Ata Buş bu məsələyə aydınlıq gətirərək, burada sadəcə oğlunun günahkar olmadığını deyir.

Klaus Larres: “O, İraqda baş verən hadisələrə görə böyük narahatlıq keçirir. O, Yaxın Şərqdə baş verən qarışıqlıqdan xəbərdardır. Hamı onun oğlunu 2003-cü ildə İraqa müdaxilə etməkdə ittiham edir. Ata Buş bu məsələyə aydınlıq gətirərək, burada sadəcə oğlunun günahkar olmadığını deyir.”

Larres deyir ki, Çeyni və Ramsfeldi hər şeydə günahkar bilmək doğru deyil. Çünki prezident öz addımlarına görə məsuliyyət daşımalıdır.

Nə Çeyni, nə də Ramsfeld İraqdakı müharibəyə görə səhv addım atdıqlarını düşünmür. Həqiqət budur ki, iki ay əvvəl Çeyni hazırki administrasiyanı İranda müharibənin qarşısını almaq üçün nüvə razılaşmasının baş tutmasını dəstəklədiyi üçün tənqid edib.

Bu, prezident Obamanın iddia etdiyi kimi müharibəyə yeganə alternativ deyil. Bu dəlilikdir.

Dik Çeyni: “Bu, prezident Obamanın iddia etdiyi kimi müharibəyə yeganə alternativ deyil. Bu dəlilikdir.”

“Tale və Güc: Corc Herbet Valker Buşun Amerika Odisseyası” adlanan tərcümeyi-halın nəşri ata Buşun ikinci oğlu Cebin Respublikaçılar partiyasından prezidentliyə nominasiya almaq uğrunda mübarizə apardığı bir vaxta təsadüf edir. Lakin təhlilçi Larres deyir ki, kitab ona kömək etməyəcək.

Klaus Larres: “Jurnalistlər Ceb Buşa 2003-cü ildə İraqa müdaxilə haqda sual verındə o titrəyirdi. O bunun səhv olduğunu dərhal inkar etmədi. Lakin qəbul da etmədi. İndi isə onun atası dolayısı yolla İraqın ilxaqını tənqid edir və buna görə Çeyni və Ramsfeldi günahlandırır. Bununla o biyabır olur. Çünki o özü hansı tərəfdə olduğuna aydınlıq gətirmir.”

Larres deyir ki, yaxın günlərdə Ceb Buş İraqda müharibənin səhv olduğunu qəbul etmək məcburriyyətində qala bilər. Ancaq o bunu etsə, çox güman ki qardaşının məsuliyyət daşıdığını qəbul etməyəcək.

XS
SM
MD
LG