Accessibility links

Respublikaçılar partiyasından ABŞ pezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayacağı gözlənilən Florida ştatının keçmiş qubernatoru Ceb Buş Avropa ölkələrinə səfərini Estoniyada başa çatdırıb.

Estoniyadan öncə Ceb Buş Almaniya və Polşada olub. Almaniyada görüşləri zamanı amerikalı siyasətçi ABŞ və Avropa arasında münasibətlərin əhəmiyyətindən danışıb.

Tallinə səfəri zamanı Ceb Buş Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzində Baltikyanı ölkələrin iştirakı ilə dəyirmi masa müzakirələrində iştirak edib.

Estoniya perzidenti Toomas Hendrik İlveslə də görüşdə Ceb Buş Ukraynada vəziyyət və bunun nəticəsində dəyişən geosiyasi reallıqlar kimi məsələləri müzakirə edib .

Avro-atlantik əmkədaşlıq və təhlükəsizlik məsələləri ilə əlaqədar amerikalı siyasətçi Estoniyada elektron sənayenin inkişafı məsələsinə diqqət göstərib. O, Tallində NATO-nun kiber müdafiə mərkəzində olub. Amerikalı qonaq Estoniyanın texnologiyalar sahəsində inkişafına yüksək qiymət verib.

Ceb Buşun iyunun 15-də Respublikaçılar partiyasından 2016-cı ildə ABŞ prezident seçkilərində namizədliyini irəli sürdüyünü rəsmən elan edəcəyi gözlənilir.

XS
SM
MD
LG