Accessibility links

Müdafiə Nazirliyi: Son döyüşlərdə ermənilər onlarla, Azərbaycan iki hərbçisini itirib


Azərbaycan ordusu cəbhə bölgəsində təlimlərə başlayıb

Azərbaycan ordusu cəbhə bölgəsində təlimlərə başlayıb

Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycan Ordusunun 8 hərbçisini tirməsi barədə məlumatlarını təkzib edib

Yanvarın 19-dan fevralın 1-dək cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi həlak olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı APA agentçiyinə bildirib ki, cəbhə xəttində Azərbaycan Ordusunun 8 hərbçi itirməsi, 20-dək hərbçinin isə yaralanması barədə erməni mətbuatının yaydığı xəbərlərin həqiqəti əks etdirmir.

Dərgahlının sözlərinə görə, Azərbaycanda Ermənistandan fərqli olaraq orduda baş verən itkilər mətbuatdan, ictimaiyyətdən gizlədilmir.

“Biz onu deyə bilərik ki, ermənilərin itkisi onlarladır”.

Nazirlik sözçüsü Azərbaycan Ordusunun cəbhə xəttinə ağır hərbi texnika toplaması barədə erməni mətbuatının xəbərlərini də təkzib edib.

Xatırladaq ki, son iki həftədə Ermənistan-Azərbaycan cəbhəsində vəziyyətin gərginləşməsini Azərbaycan və Ermənistan tərəfi təsdiq edib. Azərbaycan Müdafiə Nazirliyi bütün cəbhə boyu atəşkəs rejimin son günlər yüzlərlə dəfə pozulduğunu bildirib. Azərbaycan və Ermənistan xarici siyasət idarələri qarşılıqlı ittihamlarla dolu bəyanatla çıxış edib. Azərbaycan və Ermənistan müdafiə nazirləri də atəşkəsin pozulmasında bir-brirni günahlandırıb və atəçkəsi pozanlara layiqli cavab veriləcəyini bildiriblər.
XS
SM
MD
LG