Accessibility links

Ermənistan-Azərbaycan cəbhəsində durum gərgin olaraq qalır

Ermənistan-Azərbaycan cəbhəsində durum gərgin olaraq qalır. Son sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 204 dəfə pozulub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonundan Azərbaycan Ordusunun Tovuz rayonunun (Bakıdan 450 kilometr qərb) Ağdam kəndində (Azərbaycan-Ermənistan sərhədi) yerləşən mövqelərini atəşə tutub.

Eyni zamanda, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal altında olan ərazilərindən Azərbaycan Ordusunun Füzuli, Ağdam, Tərtər, Goranboy rayonundakı çoxsaylı mövqelərini atəşə tutub.

Müdafiə nazirliyi Ermənistan Ordusunun atəşlərinin cavab atəşi ilə susdurulduğunu bildirir.

Xatırladaq ki, son həftə ərzində bütün cəbhə boyu atışma davam edib.
XS
SM
MD
LG