Accessibility links

Müdafiə naziri cəbhə bölgəsində olub


Müdafiə naziri Zakir Həsənov cəbhə xəttində
Müdafiə naziri Zakir Həsənov cəbhə xəttində

Nazir döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar tapşırıqlar verib

Fevralın 7-də müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində (Tovuz rayonu, Bakıdan 420 kilometr qərb) olub, sakinlərlə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.

Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanış olunub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirib.

Mətbuat xidməti bildirir ki, nazir Həsənov cəbhə bölgəsindəki zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili ilə də tanış olub.

Müdafiə naziri müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar tapşırıqlar verib.
XS
SM
MD
LG