Accessibility links

Azərbaycan hərbçisi həlak olub


Cəbhə xətti
Cəbhə xətti

Martın 25-də qoşunların təmas xəttində erməni tərəfi ilə döyüşdə Azərbaycan Silahlı Qüvvələriinin hərbi qulluqçusu, kiçik çavuş Elşad Abbaszadə həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müdafiə naziri Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Ermənistan mediası rəsmi mənbələrə istinadən martın 25-də və 26-da cəbhədə, xüsusilə cəbhə xəttinin şimal-şərqində atəşkəsin pozulduğunu və ilkin məlumatlara görə bir nəfər mülki şəxsin yaralandığı barədə məlumat yayıb. Erməni tərəfi nəticələrlə bağlı dəqiqləşdirmə aparıldığını bildirir.

Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Goranboy rayonu (Bakıdan 330 kilometr qərb) ərazisindən başlayaraq İran sərhədinədək cəbhə xətti boyu atəşkəsin 113 dəfə pozulduğunu və erməni mövqelərinə 114 atəş zərbəsi endirildiyi barədə məlumat yayıb.

Erməni rəsmi mənbələri isə cəbhə xəttində 2500 atəş olduğunu və atəşin dərinliyinin 5 kilometrədək çatdığını bildirir.

XS
SM
MD
LG