Accessibility links

Ermənistan iki hərbçisinin öldürüldüyünü bildirir


Cəbhə xətti
Cəbhə xətti

Ermənistan mediası Azərbaycan Silahlı Qüvvələrinin yanvarın 3-ü gecə qoşunların təmas xəttinin cənub və şərq istiqamətində iki dəfə təxribat törətdiyini bildirir. Bu haqda Ermənistan müdafdiə nazirlıiyi də yanvarıln 3-ü səhər məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi atışma nəticəsində erməni tərəfinin 2 əsgərinin öldürüldüyünü, 1-nin isə yaralandığını bildirir. Öldürülənlər Karen Qriqoryan və Volodya Arutyanyndır.

Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bu məlumatı təkzib edib. Mətbuat xidməti bildirir ki, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatlar yalan və uydurmadır.

“Təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan "diversantı" görünür. Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb”, mətbuat xidməti qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG