Accessibility links

Fevralın 15-də Ağdam rayonunun (Bakıdan 351 kilometr cənub-qərb) Çıraqlı kənd sakini 15 yaşlı Coşqun Məmmədov əkin sahəsində təmizlik işləri apararkən ermənilər tərəfindən açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb.

Coşqun Məmmədov xəstəxanaya yerləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Ağdam rayon Azərbaycan-Ermənistan cəbhə xəttində yerləşir.

XS
SM
MD
LG