Accessibility links

Azərbaycan hərbi əməliyyatları birtərəfli qaydada dayandırır


Azərbaycan hərbi əməliyyatları birtərəfli qaydada dayandırır

Azərbaycan hərbi əməliyyatları birtərəfli qaydada dayandırır

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin cəbhə xəttindəki vəziyyətlə bağlı yeni açıqlamasında deyilir.

«Azərbaycan cavab tədbirlərini bir tərəfli qaydada dayandırmaq barədə qərar verir».

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin cəbhə xəttindəki vəziyyətlə bağlı yeni açıqlamasında deyilir.

Nazirliyin açıqlamasında qərar belə izah edilir :

«Beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Silahlı Qüvvələr işğal olunmuş ərazilərimizdə əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır. Azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir»

Nazirliyin bildirdiyinə görə, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini, mövqelərini təkrar atəşə tutulmasını davam etdirəcəyi təqdirdə artıq, bu qərar qüvvəsini itirmiş olacaq:

Aprelin 2-nə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb.

Vuruşmalarda Azərbaycan tərəfi 12, Ermənistan tərəfi 18 əsgər itirib, rəsmi məlumatlarda deyilir.

Beynəlxalq qurumlar isə hər iki tərəfi döyüşləri dayandırmağa çağırıb.

XS
SM
MD
LG