Accessibility links

Müdafiə naziri cəbhə xəttində olub


Müdafiə naziri ön xətdə yerləşən bölmələrdə olub

Müdafiə naziri ön xətdə yerləşən bölmələrdə olub

Cəbhəboyu zonada səfərdə olan müdafiə naziri Zakir Həsənov Ermənistan tərəflə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Müdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitalların birində olub

Müdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitalların birində olub

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, mövqelərdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumu, döyüş texnikası, silah-sursat və digər vəsaitlərin tam hazırlığını yoxlayıb.

Mətbuat xidməti bildirir ki, kəşfiyyat bölmələrinin təlim nöqtəsində, artilleriya bölmələrinin atışın idarə edilməsi məntəqəsində olan Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması ilə əlaqədar müvafiq göstərişlər verib.

Müdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitalların birində olub

Müdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitalların birində olub

Həmçinin nazir bu gün cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitallarından birində olub və həkimlərlə görüşüb.

XS
SM
MD
LG