Accessibility links

Azərbaycan erməni tərəfin itki verdiyini bildirir [Video]


Erməni tərəfi hələ bunu təsdiq etməyib

Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə vurulan artilleriya atəşi nəticəsində erməni tərəfi 5 nəfərədək itki verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə Nazirliyi artilleriya atəşinin düşdüyü məntəqənin təsviri olduğunu bildirdiyi video görüntünü də rəsmi saytında yerləşdirib.

Mətbuat xidməti martın 11-də cəbhədə atəşkəsin pozulması nəticəsində bir hərbçisinin həlak olduğunu bildirmişdi.

Ermənistan tərəfi hələ Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təsdiq edən məlumat yaymayıb.

Bununla yanaşı, rəsmi Yerevan son sutkada cəbhə xəttində Azərbaycan tərəfinin atəşkəsi 40 dəfə pozduğunu və 60 millimetrlik minomyot da olmaqla müxtəlif çaplı silahlardan atəş açdığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi isə son sutkada Ermənistan-Azərbaycan sərhədi də daxil olmaqla cəbhə boyu erməni tərəfinin 118 dəfə atəşkəs rejimini pozduğunu bildirir.

Cəbhə xəttində son zamanlar gərginlik artan xətlə inkişaf etməkdədir. Tərəflər artıq ağır silahlar da daxil olmaqla intensiv olaraq qarşılıqlı atəşlər açırlar. İtkilərin sayı da artmaqdadır.

Cəbhə xəttində martın 11 və 12-də baş verən gərinlik ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanına təsadüf edir. Həmsədrlər martın 11-də Azərbaycan rəhbərləri ilə danışılar aparıb və tərəflərin yüksək səviyyədə danışıqlar masasına qayıtmasının vacibliyini bildirib.

Həmsədrlər gələn həftə erməni tərəfi ilə görüşlər keçirəcək.

Azərbaycan dəfələrlə bəyan edib ki, danışıqların nəticəsi olmalıdır. Xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib ki, danışıqların nəticəsi kimi ilkin olaraq Ermənistan Ordusu Azərbaycanın beynəlxalq səviyyədə suverenliyində tanınmış ərazilərindən çıxarılmalıdır. Lakin indiyədək bu baş verməyib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ilin mayında tərəflər atəşkəs barədə saziş imzalayıb. 2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa edilib. Döyüşlər zamanı tərəflər onlarla itki verib, çoxsaylı mülki yaşayış evləri, obyektlər dağıdılıb. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb.

Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan və Ermənistan prezidenləri ABŞ-ın təşəbbüsü ilə Vyanada, Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşüb. Buna baxmayaraq, münaqişənin danışıqlar yolu ilə nizamlanması istiqamətində müsbət irəliləyişlə bağlı hər hansı açıqlama olmayıb.

Münaqişənin dinc yolla nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) hazırki status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG