Accessibility links

Minanın partlaması nəticəsində 3 nəfər hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlayıb.

Bu barədə Amerikanın Səsinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nəticədə Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.

Yaralılar Silahlı Qüvvələrin baş cərrahı və Silahlı Qüvvələrin baş reanematoloqu Füzuli rayonunun Əhmədbəyli yaşayış məntəqəsində yerləşən hərbi hospitaldadırlar.

Ağır yaralı əsgər Talıbov Emin hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunur.

Müdafiə naziri Zakir Həsənov araşdırma aparmaq üçün bir qrup zabit heyəti ilə hadisə yerindədir.
XS
SM
MD
LG