Accessibility links

Minsk qrupunun amerikalı həmsədri narahatdir


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik

"Biz təmas xətti boyunca son vaxtlar gərginliyin artmasından çox narahatıq"

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik cəbhə xəttində baş verən gərginliklə bağlı münasibət bildirib.

C.Uorlik öz "twitter" səhifəsində "Biz təmas xətti boyunca son vaxtlar gərginliyin artmasından çox narahatıq", deyə yazıb.

Amerikalı həmsədr, həmçinin atəşkəs rejiminə ciddi əməl olunmasının vacibliyini vurğulayıb.

“Atəşkəsə hörmət etmək lazımdır”, o bildirib.

Azərbaycan Müdafiə Nazirliyi son günlər ərzində Azərbaycan Ordusunun döyüşlər zamanı 8 hərbi qulluqçunun həlak olduğunu bildirir.

Ermənistan mediası isə iki erməni hərbiçisinin həlak olduğunu bildirir.

XS
SM
MD
LG